Britaniyalı siyasi şərhçi və analitik Aleksandr Merkuri, Rusiya Prezidenti Vladimir Putinin müdafiə xərclərinin azaldılması ilə bağlı açıqlamasını Moskvanın Ukrayna müharibəsində qələbəyə çox yaxın olduğunu göstərən siqnal kimi dəyərləndirib.
Bu barədə kp.ru saytı yazıb.
“Putin gələn ildən etibarən müdafiə sahəsində xərclərin azaldılmasının mümkünlüyündən danışdı. Bu da onu deməyə əsas verir ki, Rusiya artıq özünü qalib hesab edir və yaxın vaxtlarda bu qələbəni rəsmiləşdirəcək,” – deyə Merkuris bildirib.
Merkuris əlavə edib ki, bu açıqlama yalnız maliyyə siyasəti deyil, Rusiya Silahlı Qüvvələrinin mövcud vəziyyətinə dair strateji özünəinamın göstəricisidir.
O vurğulayıb ki, Qərb dövlətləri, xüsusilə NATO üzvləri müdafiə büdcələrini artırmaq yolunu seçsə də, Rusiya öz hərbi gücünü sabitləşmiş hesab edir.
“Bu o deməkdir ki, Rusiya artıq NATO-nun mümkün təhlükəsinə belə əlavə xərclər olmadan cavab vermək iqtidarındadır,” – deyə analitik qeyd edib.