Həbsdə olan sayt rəhbərinin cəzası bəlli oldu

Həbsdə olan sayt rəhbərinin cəzası bəlli oldu
18:30

Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan Dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


News365.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.


Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov 8 il müddətinə azadlıqdan məhrum olunub.


Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsi tərəfindən saxlanılıb.


Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.


Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.