Xəzərdə anidən ada yarandı və yoxa çıxdı - FOTO

Xəzərdə anidən ada yarandı və yoxa çıxdı - FOTO
18:15

NASA Xəzər dənizində anidən ortaya çıxan və yenidən itən adanın görüntüsünü paylaşıb. 

News365.az-ın əldə etdiyi məlumata görə, bu ada ilk dəfə 1961-ci ildə ortaya çıxmışdı və növbəti il itmişdi. 20-ci əsrdə sözügedən ada ən az 6 dəfə görünüb və yenidən gözdən itib.

NASA 2023-cü ildə yenidən ortaya çıxan və 2024-cü ilin sonunda itən adanın görüntülərini paylaşıb. Adanı yaradan əsas səbəb palçıq vulkanıdır.

Geofizik Mark Tingay bildirib ki, keçən il Azərbaycanda palçıq vulkanlarını araşdırarkən peyk görüntülərində sahilə 25 km məsafədə əvvəl görmədiyi qeyri-adi bir görüntü ilə rastlaşıb - həmin ada ilə. İnternetdə azərbaycanca, rusca, ingiliscə ada ilə bağlı xəbərlər axtarıb, amma heç nə tapmayıb. Kişi yaman təəccüblənib. Təbii ki, Mark bilmir Azərbaycan mediası ancaq gic-gic şeylərlə məşğuldur.