Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO

Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var -  YENİLƏNİB + FOTO/VİDEO
17 Apr 2024 16:53

Rusiya qoşunları Çerniqova üç raket zərbəsi endirib.

Məlumata görə, zərbə nəticəsində səkkizmərtəbəli bina dağılıb, daha dörd çoxmərtəbəli evə, xəstəxanaya, ali təhsil müəssisəsinə və onlarla avtomobilə ziyan dəyib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin qaldığı hotel dağıdılıb, ölənlər və yaralananlar var.

Qeyd edək ki, son məlumata görə, hücum nəticəsində 14 nəfər ölüb, 61 nəfər yaralanıb.

14:28

Rusiya qoşunları Çerniqova raket zərbələri endirib.

Bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.

Məlumata görə, rus qoşunları Çerniqov şəhərinin mərkəzinə üç raket zərbəsi endirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, son məlumatlara əsasən, 10 nəfər ölüb, 20 nəfər yaralanıb. Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

Ukrayna silahlı qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı aprelin 17-də səhər saatlarında Çerniqov vilayəti üzərində raketlər və Kiyevdə hava hücumu xəbərdarlığı barədə məlumat yayıb.


Youtube kanalımız

Oxşar xəbərlər