“Rusiya bundan sonra Ukraynada işlərini rahat görə bilməyəcək”- Oqtay Qasımov

“Rusiya bundan sonra Ukraynada işlərini rahat görə bilməyəcək”- Oqtay Qasımov
11:55

Rusiya ilə münasibətlərin normallaşması prosesi sürətlə getsə də, ölkəyə və onun liderinə beynəlxalq səviyyədə mənfi münasibət qalmaqdadır.

Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı və Qərb ölkələri artıq müharibədən sonrakı dövrdə Ukraynanın dağıdılmış ərazilərinin bərpası məsuliyyətini Rusiyanın üzərinə qoymaq məsələsini müzakirə edirlər.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin “Rusiyanın dərinliklərini vurmağa hazırıq” bəyanatı və ABŞ-ın raket sistemləri verməsi, həmçinin bu hücumlara dəstəyin davam etməsi Moskva üçün ciddi xəbərdarlıqdır:
“Artıq Ukrayna təkcə müdafiə ilə kifayətlənmir, hücum əməliyyatlarını da ön plana çıxarır. Bu isə Rusiyanın danışıqlardan yayınaraq müharibəni davam etdirdiyini göstərir”.

Qasımov qeyd edib ki, son günlər Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları ölkənin iqtisadi imkanlarını ciddi şəkildə zəiflədib:
“Son bir ayda Rusiyanın neft emalı gücü 20 faizədək azalıb. Bu da göstərir ki, Moskva qarşıdakı mərhələdə Ukraynada işlərini əvvəlki kimi rahat apara bilməyəcək”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada