Rusiya Qətər vasitəsilə ailələrin bərpası prosesi çərçivəsində beş uşağı Ukraynaya təhvil verib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilib ki, tədbir martın 27-də Qətərin Moskvadakı səfirliyində baş tutub.
Məlumata görə, Qətərin Rusiyadakı səfiri Əhməd bin Nasser bin Casim Al Tani ölkəsinin hakimiyyət orqanlarının bu humanitar prosesə diqqətlə yanaşdığını bəyan edib.
Xəbərdə deyilir ki, tədbirdə Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın ofisinin əməkdaşları da iştirak ediblər.
Martın 19-da Rusiya və Ukrayna aparılan danışıqlar nəticəsində əsir götürülmüş hərbçilərin mübadiləsini həyata keçirib. Nəticədə 175 rus əsgəri Ukrayna ərazisindən geri qaytarılıb. Bunun müqabilində Rusiya 175 hərbi əsiri Ukrayna ordusuna təhvil verib. Onlardan 22-si ağır yaralı olub.
Tural