Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov diqqət çəkən açıqlamalar verib. O, belə hesab edir ki, Qərbin Rusiya sərhədləri yaxınlığında hərbi-bioloji fəaliyyətinə görə Rusiyanın təhlükəsizliyi təhdid altına düşüb.
XİN rəsmisinin sözlərinə görə, Rusiya uzun müddətdir ki, Qərb ölkələrinin hərbçilərin köməyi ilə laboratoriyalarda o cümlədən Rusiya sərhədlərinin bilavasitə yaxınlığında həyata keçirdiyi hərbi-bioloji fəaliyyətləri ilə bağlı ən ciddi narahatlığını ifadə edib.
"Bioloji təhlükəsizliyə qlobal təhdidlər. Problemlər və həlli yolları" V Beynəlxalq Elmi-Praktik Konfransın açılışında çıxış edən Ryabkov onu da bildirib ki, "biz çox vaxt dolayı yolla məsələyə bağlı strukturlar və podratçı qismində çıxış edən özəl şirkətlər vasitəsilə həyata keçirilən bu cür fəaliyyəti Rusiyanın milli təhlükəsizliyinə təhdid hesab edirik".
Tural