Suriya ordusundan SDQ-yə çağırış: “Silahı yerə qoyub bizə qoşulun”

Suriya ordusundan SDQ-yə çağırış: “Silahı yerə qoyub bizə qoşulun”
16:36

Suriya Silahlı Qüvvələrinin Operativ Komandanlığı “Suriya Demokratik Qüvvələri”nə (SDQ) müraciət ünvanlayaraq təşkilatın tərkibində olan şəxsləri Suriya ordusuna keçməyə dəvət edib.

News365.az xəbər verir ki, bu barədə rəsmi məlumatı SANA agentliyi yayıb. Komandanlığın bəyanatında bildirilib ki, SDQ sıralarında olan bütün suriyalılar – istər kürd, istərsə də ərəb mənşəli – təşkilatdan ayrılaraq ən yaxın Suriya Ərəb Ordusu postuna müraciət edə bilərlər.

Suriya ordusu silahlı şəxslərə “təşəbbüs göstərmək və SDQ-dən çıxmaq” çağırışı edib. Bəyanatda əlavə olunub ki, PKK ilə bağlı silahlı qrupların və keçmiş hakimiyyətə bağlı şəxslərin mövcudluğu ölkənin təhlükəsizliyi üçün risk yaradır.


Sizin reklam burada
Sizin reklam burada