Milli Məclisdə sənədsiz evlərdən danışılıb

Milli Məclisdə sənədsiz evlərdən danışılıb
15:44

"Sənədsiz evlər qlobal problemdir. Təxminən Bakı və ətraf qəsəbələrdə 500-600 min sənədsiz ev var. Eləcə də regionlarda bu problem mövcuddur. Sənədsiz evlərlə bağlı problem qalmaqdadır".

News365.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

"Sənədsiz evlərin sənədləşdirilməsi dövlət büdcəsinə böyük vəsaitin daxil olmasına səbəb olacaq", - deyə deputat bildirib.


Sizin reklam burada
Sizin reklam burada