Ukraynada müharibənin yaratdığı humanitar ehtiyaclar gündən-günə artmaqda davam edir. Lakin beynəlxalq ianələr əvvəlki səviyyədə olmadığı üçün vəziyyət daha da ağırlaşır.
News365.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Ukraynadakı nümayəndə heyətinin rəhbərinin müavini Ceymi Von Cenevrədə keçirdiyi brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, insani yardım üçün könüllü ianələr ciddi şəkildə azalıb:
“Ukraynalıların humanitar ehtiyacları artır, lakin beynəlxalq dəstək əvvəlki kimi deyil”, — Von bildirib.
O həmçinin diqqətə çatdırıb ki, təşkilatın 2026–2027-ci illər üçün nəzərdə tutduğu humanitar proqramların maliyyələşdirilməsi hazırda cəmi 13% həcmində təmin olunub.