Rus cəmiyyətində ciddi nasizm virusu yayılıb

Rus cəmiyyətində ciddi nasizm virusu yayılıb
18:27
Son günlər sosial media və Telegram kanallarında Rusiya jurnalistləri əməlli-başlı toz-duman qaldırıblar. Azərbaycanın ünvanına hədələr səslənir, rəsmi Bakı hərbi müdaxilə ilə hədələnir. Birisi çıxıb efirdə qaşını qaldırır və bunu bir siqnal kimi təqdim edir. Bu qaşınla oynamağı sevən şəxs bir neçə il öncə onu üzü Kiyevə tərəf qaldırmışdı. Hələ də Ukrayna bataqlığından çıxmaq üçün yol axtarırlar.
Mənim dəyərli müəllimimin bir sözü var: "Aslana minmək asandır, ancaq oğul axtarıram, ondan rahat düşə bilsin." İndi bunlar aslana minib, ancaq ondan düşə bilmirlər.
Digərləri isə xəritəyə baxmadan Ukrayna ilə Azərbaycanın bir-birinə yaxın olduğunu və buradan birbaşa ölkəmizə qarşı hərəkətə keçə biləcəklərini söyləyirlər. Bir sözlə, 1933-cü ildən sonra Nasist Almaniyasında müşahidə edilən radikallaşma indi Rusiya cəmiyyətində çiçəklənməkdədir.
2022-ci ildə Ukraynaya qarşı hücuma keçəndən sonra, elə həmin jurnalistlər 3 gündən sonra Kiyevin mərkəzi Xreşatikdə parad olacağını anons edir, Bankova küçəsində isə açıq səma altında konsert söz verirdilər. Düzdür, Xreşatikdə parad oldu, ancaq bu paradı Ukrayna tərəfi təşkil etmişdi və nümayiş edilən isə vurulmuş və yandırılmış rus texnikası idi.
Bir neçə il öncə Ermənistanın bir sıra hərbi rəhbərliyi də qısa müddət ərzində Bakıya girəcəklərini anons edirdi. Bu da oldu, ancaq Azərbaycan Silahlı Qüvvələrinin qoşqusu üzərində, şəxsi heyətsiz. O şəxsi heyət taxta makintoşlarda Erəbluniyə qayıtmışdı.
Bakıda çay xəyalı quranların istəklərinidə DTX reallaşdırdı. İndi doyunca Azərçay içirlər DTX-nın mübarək saxlanma kamerasında.
Açığı, mən bu rus babuşkalardan çəkinirəm. Onlar çox ciddi qüvvədir. Maraqlıdır, onlar son olaylar haqqında nə düşünür? Onlar da münasibətini ortaya qoysaydı, yolumuzun hara getdiyini müəyyən edə bilərdik.
Son isterika bir də onu göstərir ki, rus cəmiyyətində ciddi nasizm virusu yayılıb. Ən ali irqin rus olduğuna özlərini inandırıblar. Ümumiyyətlə, 2020-ci ildən sonra Rusiyada müxtəlif adlarla çox sayda millətçi hərəkatlar yaranıb və bunlar da dövlət təşkilatlarından ciddi dəstək və fəaliyyət müstəqilliyi əldə ediblər. Dərin millətçilik isə xalqların inkişafını ləngidir və onları uçurumun kənarına aparır.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada