“Hitlerlə 1938-ci ildə Münhen razılaşması imzalandı. Fransa və
Böyük Britaniya Hitlerlə oturub Sudet vilayətini Almaniyaya güzəştə getdilər. Məqsəd
guya “sülhü qorumaq” idi. Amma çox keçmədən Hitler həmin razılaşmanı pozdu,
bütün Çexoslovakiyanı işğal etdi, ardınca isə Polşaya hücumla II Dünya Müharibəsini
başladı. Tarix bir daha göstərdi ki, işğalçıya inanmaq ən böyük səhvdir”.
Bunu News365.az -a açıqlamasında iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu gün Ukraynada da eyni mənzərəni
görürük:
“Çin Rusiya üzərində yaranmış ağır şərtlərdən
istifadə edir, ucuz resurslar alır və bununla da öz iqtisadi maraqlarını təmin
edir. ABŞ isə silah
satışı üçün yeni bazarlar axtarır, məsuliyyəti Avropanın boynuna qoyur. Avropa
qorxudadır. Ən pisi isə odur ki, bu gün Avropa insanının heç biri döyüşmək istəmir,
kosmopolit düşüncə ilə vətən anlayışını itiriblər. Hətta Almaniya kimi bir
xalqın hər 6 nəfərindən 5-i keçirilən sorğuda “vətən uğrunda döyüşmək istəmirik”
cavabını verib. Beləcə, Ukrayna pis və çox pis seçim arasında sıxışıb qalıb.
Amma tarixin
dəyişməz bir həqiqəti var. Bütün imperiyalar öz ağırlığından çökür və yalnız
onların çökməsindən sonra sərhədlərində sülh bərqərar olur”.
News365.az