“Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Bu barədə News365.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Qarabağ”–“Çelsi” oyunu baş tutacaq.