Ermənistanda sosial-iqtisadi böhran dərinləşməkdədir. "Mamul" nəşri yazır ki, regionlarda yoxsulluğun səviyyəsi 60 faizə çatıb. Bu isə əhali sayı az olan bir ölkə üçün anormal göstəricidir. "HayaQue" isə yazıb ki, administrasiya yoxsulluğun azaldılması problemini həll edə bilmir.
İrəvanda yoxsulluğun səviyyəsi 30 faizə yaxındır.
"Bu administrasiya iqtisadi artımdan danışarkən, onlar daha çox xarici mühacirlərlə bağlı məsələləri və iqtisadiyyatın müəyyən sektorlarının, xüsusən də mədənçıxarmanın artımından qaynaqlanan statistikaları nəzərdə tutur. Təkcə Sünik vilayətində orta əmək haqqı Ermənistanın bütün rayonlarından 25-30 faiz yüksəkdir",- nəşr yazıb.
Lakin bu məhdud bölgədə olan yüksək maaşlar demoqrafik mənada bərabərliyin olması demək deyil. Cəmiyyətin əhəmiyyətli bir hissəsi yoxsulluq içində yaşamağa davam edir, ermənilər maaşdan maaşa qədər sözün həqiqi mənasında sağ qalmağa çalışırlar: “Əgər bunu inflyasiya kontekstində də nəzərə alsaq, o zaman Ermənistan Respublikasının vətəndaşı minimum əmək haqqı hesabına minimum səbətin doldurulması məsələsini həll edə bilməz”.
Tural