Regionda sülh gündəliyi: Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələ

Regionda sülh gündəliyi: Azərbaycan–Ermənistan münasibətlərində  yeni mərhələ
09:31

Cənubi Qafqazda gedən siyasi proseslər və beynəlxalq platformalarda artan diplomatik təmaslar fonunda Azərbaycan–Ermənistan münasibətləri yeni mərhələyə qədəm qoyur. Son dövrlər atılan addımlar regionda sülh gündəliyinin formalaşdığını və Azərbaycanın siyasi çəkisinin artdığını göstərir. 

Bu mövzu ilə bağlı politoloq Tural İsmayılov News365.az-a mövcud prosesləri şərh edib.


"Ermənistan müxtəlif beynəlxalq platformalarda fərqli formatlarda iştirak edir və ABŞ-nin  prezidenti Donald Tramp münaqişə tərəflərinin iştirak etdiyi üç ölkənin müəyyən müzakirə mexanizmlərinə cəlb olunmasını təşviq edir. Onun sözlərinə görə, bu proseslər fonunda Prezident İlham Əliyevin gündəliyində Ermənistanın baş naziri Nikol Paşinyanın Sülh Şurasının nizamnaməsini imzalaması Azərbaycanın Cənubi Qafqazda artan siyasi çəkisinin göstəricisidir.

Tural İsmayılov qeyd edib ki, Azərbaycanın təşəbbüsü və razılaşması ilə Ermənistanın Sülh Şurasında təmsil olunması və nizamnaməni imzalaması İrəvanın bundan sonra beynəlxalq məsələlərdə daha aktiv mövqe tutmağa çalışacağını göstərir. Politoloqun fikrincə, tərəflər arasında sülh gündəliyinə uyğun addımların atılması iki ölkə arasında sülh normalarının formalaşmasına və inkişafına töhfə verir.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh mexanizmlərinin təşviqi yalnız ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda regionun beynəlxalq proseslərdə daha fəal rol alması baxımından da mühüm əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada