"Real" futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

"Real" futbolçusu ilə yollarını ayırmağa hazırlaşır
10:53

İspaniya təmsilçisi "Real" (Madrid) yaxın müddətdə futbolçusu Reyniyer Jesusla yollarını ayıracaq.

Klub 23 yaşlı vingeri bu yay sata bilməsə, müqaviləsinə qarşılıqlı şəkildə xitam verəcək.

Braziliyalı oyunçu "Kral klubu"na 2020-ci ildə transfer olunub. Lakin o gəldiyi gündən bəri "Real"da heç bir oyun keçirməyib. 5 il ərzində müxtəlif klublarda icarə əsasında çıxış edən Reyniyerin madridlilərlə müqaviləsi 2026-cı ildə başa çatacaq.


Sizin reklam burada
Sizin reklam burada