Azərbaycanda ad və soyadı, ad adını dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soyadını özü şəxsən dəyişdirə bilər.
Bu gün Ali Məhkəmə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı vahid təcrübə müəyyən edib.
Qərarda bildirilib ki, ad, soyad və ata adının dəyişdirilməsi şəxsi kimliyin mühüm hissəsidir, sadəcə zövq və emosional səbəblərlə dəyişiklik etmək kifayət deyil, yalnız real və əsaslı məhrumiyyətlər olduqda dəyişdirilə bilər.
News365.az Xəbər verir ki, Ədliyyə Nazirliyindən bildirilib ki, cari ilin ilk 6 ayı ərzində 1269 nəfərin soyadı, adı və ya ata adı dəyişdirilib.
Qeyd edək ki, 2024-cü il ərzində qeydiyyat orqanları tərəfindən 2667 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi rəsmiləşdirilib.
Ad, soyad və ata adını dəyişdirmək üçün dövlət rüsumu 15 manatdır.