"Hindistanın veto hüququ münasibətlərdə gərginlik yaradır"- İlyas Hüseynov

"Hindistanın veto hüququ münasibətlərdə gərginlik yaradır"- İlyas  Hüseynov
15:03

Politoloq İlyas Hüseynov Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində baş verən son prosesləri şərh edib. News365.az-a açıqlamasında o bildirib ki, Azərbaycanın təşkilata tam hüquqlu üzv olmaq niyyəti uzun müddətdir bəyan olunub, lakin Hindistan bu mövqeyi bloklayaraq veto hüququndan istifadə edib.

Hüseynov bu addımı Hindistanın Azərbaycana qarşı uzun müddət aparılan təbliğatının nəticəsi kimi qiymətləndirib və ölkənin Ermənistan tərəfdə mövqe nümayiş etdirdiyini vurğulayıb. Politoloq hesab edir ki, Hindistanın davranışı qəbulolunmazdır və beynəlxalq kontekstdə dəyişiklik etməsi zəruridir.

O əlavə edib ki, Ermənistan ilə Azərbaycan arasında artıq müəyyən irəliləyişlər əldə olunub və Vaşinqtonda imzalanan razılaşmalar tarixi əhəmiyyət daşıyır. Lakin Hindistan hələ köhnə düşüncələrlə hərəkət edir və bu, regionda gərginliyin artmasına xidmət edir.

Politoloq həmçinin Azərbaycanın mövqeyinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Qardaş Pakistanın Ermənistanla diplomatik münasibət qurmaq istiqamətində atdığı addımlar və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bu məsələdə həlledici faktor olub. Hüseynov qeyd edib ki, Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində mövqeyi, Orta Dəhliz və Səngəzur Dəhlizi kimi strateji layihələrdə Azərbaycanın maraqlarına diqqət yetirməli olduğunu göstərir.


Sizin reklam burada
Sizin reklam burada