Britaniya Ramzan Kadırovun anasına da sanksiya tətbiq etdi - SİYAHI

Britaniya Ramzan Kadırovun anasına da sanksiya tətbiq etdi - SİYAHI
15:40

Böyük Britaniya hökuməti Rusiya ilə bağlı sanksiya siyahısını daha 11 mövqe ilə artırıb.

News365.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc edilən sənəddə bildirilir.

Məhdudlaşdırıcı tədbirlər həmin şəxslərin və təşkilatların Birləşmiş Krallığa daxil olmasını yasaqlayır və onların aktivləri aşkarlandığı halda dondurulmasını nəzərdə tutur.

Sanksiya siyahısına daxil edilənlər:

Fiziki şəxslər:

Tatarıstan baş nazirinin müavini Leyla Fazleyeva;

Federal yeniyetmələr mərkəzinin rəhbəri Valeri Mayorov;

Çeçenistan DİN-in xüsusi təyinatlı polis alayının komandiri, Rusiya Qəhrəmanı A.A. Kadirov adına polkun rəhbəri Zamid Çalaev;

“ROF”un prezidenti, Ramzan Kadırovun anası Aymani Kadırova;

Tatarıstanın gənclər məsələləri naziri Rinat Sadıkov;

RF Təhsil Nazirliyinin Uşaq hüquqlarının müdafiəsi siyasəti departamentinin direktor müavini Anastasiya Akkuratova;

“Uşaqlara – əllərə” adlı Xerson humanitar qərargahının rəhbəri Natalya Tişenko;

Aleksandr Qurov – Böyük Britaniya onun fəaliyyət sahəsini dəqiq göstərməsə də, Ukraynanın “destabilləşdirilməsi və ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin pozulması” ilə məşğul olduğunu qeyd edir.

Təşkilatlar:

“Birincilərin hərəkatı”;

“Qələbənin könüllüləri”;

Axmat-Hacı Kadırov adına Regional ictimai fond.

Hazırda Böyük Britaniyanın antirusiya sanksiya siyahısında 1 808 fiziki şəxs və 498 hüquqi şəxs var.

Britaniya XİN qeyd edib ki, yeni sanksiyalar Ukrayna uşaqlarının “zorla deportasiyası və indoktrinasiyası” ilə məşğul olan şəxslərə və təşkilatlara qarşı tətbiq olunub.


Sizin reklam burada
Sizin reklam burada