Ramzan Kadırov təcili xəstəxanaya yerləşdirilib

Ramzan Kadırov təcili xəstəxanaya yerləşdirilib
31 Dek 2025 22:20

Çeçenistanın başçısı Ramzan Kadırov dekabrın 24-dən 25-nə keçən gecə Moskvada təcili xəstəxanaya yerləşdirilib.

News365.az xəbər verir ki, bu barədə "Novaya qazeta. Yevropa" nəşri öz mənbəsinə istinadən xəbər verir.

Nəşrin mənbəsinin sözlərinə görə, Kadırov Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedib.

Lakin səhhəti kəskin şəkildə pisləşib və o, reanimobil vasitəsilə Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasına aparılıb.

Moskvada onu güclə özünə gətiriblər, bundan sonra Kadırov evinə qayıdıb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb.


Sizin reklam burada
Sizin reklam burada