Ramazan ayı bu tarixdə başlayır

Ramazan ayı bu tarixdə başlayır
03 Yan 2026 17:26

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.

News365.az xəbər verir ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir.

Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.

Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.


Sizin reklam burada
Sizin reklam burada