Radioaktiv yüklə uçan sərnişin gömrükçüləri şoka saldı

Radioaktiv yüklə uçan sərnişin gömrükçüləri şoka saldı
25 İyn 2024 13:03

Rusiyada xeyli dərəcədə təhlükəli sayılan yük aşkarlanıb.

News365.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Domodedovo hava limanının gömrükçüləri Rusiya ərazisinə radioaktiv baqaj keçirməyə cəhd edən Vyetnam vətəndaşını saxlayıblar.

Telekanalın məlumatına görə, təhlükəli yük 40 yaşlı qadına məxsus olub və o Dubaydan uçan təyyarə ilə Moskvaya gəlibmiş. Onun çamadanındakı radioaktiv əşya “Yantar” radiasiya monitorinq sistemi tərəfindən aşkar edilib. Aparat “Yaşıl” dəhlizdən keçən ziyarətçinin yükünün yoxlanması zamanı siqnal verib.

Yoxlama zamanı gömrükçülər sərnişinin üzərindən folqaya bükülmüş bir neçə metal qutu aşkar ediblər. Onların içərisində oyun kartlarının parçaları olub. Aparat bağlamadan çıxan radioaktiv şüalanmanın səviyyəsinin təbii fonu üstələdiyini göstərib. Bu isə sağlamlıq üçün xeyli təhlükəli sayılıb.

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər