Rusiyada insanlar ən çox bronx, traxeya və ağciyər xərçəngindən ölürlər. R-Pharm-ın onkologiya üzrə vitse-prezidenti Larisa Smirnova Gazeta.Ru-ya bildirib ki, 2023-cü ildə bu xəstəliklərdən ölənlərin sayı 48 min nəfərə çatıb.
Eyni zamanda dəri xərçəngi də yayılma nisbətinə görə birinci yerdədir. 2023-cü ildə 92 min rusiyalı xərçəngin bu növündən əziyyət çəkib. R-Pharm-a görə, ikinci yerdə döş xərçəngi (83 min), üçüncü yerdə kolorektal xərçəng (80 min), dördüncü yerdə ağciyər xərçəngi (58 min), beşinci yerdə isə prostat xərçəngi (58 min) qərarlaşıb.
"Amma bu diaqnozlardan ölüm strukturu dəyişib. Birinci yerdə traxeya, bronxlar və ağciyərlər, ikinci yerdə kolorektal xərçəngi (ildə 40 min ölüm), üçüncü yerdə mədə (ildə 24 min ölüm), dördüncü yerdə mədəaltı vəzi (ildə 20 min ölüm), beşinci yerdə isə süd vəzi xərçəngi (ildə 20 min ölüm), qərarlaşıb. Dəri xərçəngi hətta ilk onluğa da daxil deyil”, - Smirnova qeyd edib.
Tural