Pakistan və Hindistan müharibə astanasındadır -"NYT"

Pakistan və Hindistan müharibə astanasındadır -"NYT"
11:50

Hindistan və Pakistan arasında münasibətlərin gərginləşməsi yeni silahlı münaqişəyə çevrilə bilər. Bu barədə The New York Times (NYT) yazıb.


"Hindistanda eskalasiya artıq dünən gecə başlayıb və bu, 2019-cu ilin fevralından daha geniş miqyasda olacaq", - pakistanlı analitik Seyid Məhəmməd Əli deyib.


Adının açıqlanmasını istəməyən Pakistanın yüksək rütbəli təhlükəsizlik rəsmisi isə deyib ki, Pakistan qana-qan prinsipinə riayət etsə də hər hansı bir eskalasiyaya ehtiyatla yanaşacaq. Lakin əgər eskalasiya baş verərsə, Hindistanın müdaxiləsi cilovlanacaq.

Aprelin 22-də News18 telekanalı Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində törədilən terror aktı nəticəsində azı 27 turistin öldüyünü, atışma nəticəsində daha iyirmiyə yaxın turistin yaralandığını bildirib. Jurnalistlərin məlumatına görə, Pahalqam şəhəri yaxınlığında silahlı terrorçular Baysaran vadisində cığırla çıxan turistlərə avtomatlardan atəş açıblar.

Tural


Sizin reklam burada
Sizin reklam burada