İyunun 3-də saat 02:40-da müxtəlif bədən xəsarətləri almış altı nəfər (dörd kişi, iki qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, onlardan dörd nəfərinə Akademik Z.Məmmədov adına xəstəxanada, iki nəfərinə isə Abbas Səhhət adına xəstəxananın müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş hesab olunan beş nəfər ambulator müayinə üçün evə buraxılıb.
Hazırda 1980-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi isə Akademik Z.Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.