Bir çox ailələr
düşünür ki, əllərində pul olduqda onu qızıl ziynət əşyasına çevirmək “gələcəyə
sərmayədir”. Amma bu böyük bir yanılmadır. Barəsində suallar çoxaldığı üçün
toxunduğum bu mövzu kütləvi yanlış düşüncənin formalaşdığı bir istiqamətdir”.
Bunu News365.az-a açıqlamasında
iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ziynət qızılının
qiyməti bir başqadır, alış qiyməti isə tamam başqa:
“Məsələn,
qızılın bazar qiyməti 1 qram üçün “x” manatdırsa, 3 qramlıq bir sırğa 3x-ə yox,
8x–10x-ə alınır. Çünki burada ustanın əməyi, dizaynı, mağazanın marjası və digər
faktorlar var. Sonradan satmaq istədikdə isə sənə yalnız qızılın qram dəyəri
üzrə pul, yəni 3x manat verirlər. Bu halda sən “sərmayə qoymuş” yox, əslində
“itki etmiş” olursan.
Odur ki,
qızıla doğru sərmayə forması zinət əşyaları deyil, xalis külçə, sikkə, birja alətləri
və ya onlayn qızıl investisiya məhsullarıdır. Onların alış-satış fərqi
minimaldır və real gələcək dəyəri qoruyur.
Əlqərəz,
qızılı “yaman günün yarağı” kimi dəyərləndirmək o halda olar ki, ona yalnız
xalis formada sərmayə edilsin. “Mən özümə sırğa aldım, gələcəyə pul yatırdım”
düşüncəsi isə sadəcə illüziyadır, ya da bəzənmək üçün bəhanə”.
News365.az