Qətər əmiri Suriyada rəsmi səfərdədir

Qətər əmiri Suriyada rəsmi səfərdədir
30 Yan 2025 15:17

Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Tani Əsəd rejimindən sonra Suriyaya səfər edən ilk lider olub.

News365.az xəbər verir ki, Suriyada rəsmi səfərdə olan Qətər əmiri prezident Əhməd əl-Şara tərəfindən qarşılanıb. 

Dəməşq Beynəlxalq Hava Limanında Qətər əmiri Əl Tanini Suriya prezidenti Əhməd əl-Şara ilə yanaşı, Suriyanın baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Qəsrə və Qətərin Dəməşq səfirliyinin bir çox rəsmiləri də iştirak edib.