Qərbi Azərbaycanı təmsil edəcək futbol klubu yaradılır

Qərbi Azərbaycanı təmsil edəcək futbol klubu yaradılır
21 İyn 2025 19:15

Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi, Azərbaycan

Futbol Federasiyası və Mini Futbol Federasiyasının dəstəyi ilə Qərbi Azərbaycankuboku uğrunda 2-ci mini futbol turniri keçirilir. 


News365.az -a açıqlamasında Qərbi Azərbaycan kuboku uğrunda 2-ci mini futbol turnirinin təşkilat komitəsinin üzvü Həsən Həsənov bildirib ki, turnirin məqsədi Qərbi Azərbaycan kökənli gənclərin sağlam həyat tərzini, onların birliyə və Azərbaycana olan sevgisini daha da artırmağa nail olmaqdır. Turnirin daha bir məqsədi Qərbi Azərbaycan

kökənli gənclərin iştirakı ilə vahid futbol komandası yaratmaq və gələcəkdə ölkə miqyaslı yarışlarda bölgəni təmsil etməkdir.


Azərbaycan fubolunun inkişafı fonunda klublarımızın sırasına daha bir komandanın qatılması şüphəsiz ki, təqdirəlayiqdir. Üstəlik bu klub tarixi torpaqlarımız olan Qərbi Azərbaycanı təmsil edir. Bu da qayıdış konsepsiyasına tövhə və onun təbliği istiqamətindəmühüm addımdır. 


H.Həsənov bildirib ki, turnirə qatılan komandaların heyətlərində yetərincə güvəniləcək futbolçular var. 


"Düşünürəm ki,yaradılacaq komanda ölkə miqyaslı yarışlarda uğurla çıxış edərək regionu və Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edəcəkdir. Təşkilat Komitəsinin adından ölkə başçısına, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə,idmançılara və çoxsaylı azarkeşlərə öz minnətdarlığımı bildirirəm." - deyə H.Həsənov vurğulayıb. 

 

Onu da qeyd edək ki, Qərbi Azərbaycan kuboku uğrunda 2-ci mini futbol turniri davam edir. Gərgin və maraqlı mübarizələrin nəticəsində artıq yarımfinal cütlərinin adları müəyyənləşib. minifutbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin

formalaşdırılmasına dəstək məqsədi daşıyır.


Sizin reklam burada
Sizin reklam burada