Qərb Zelenskini başqası ilə əvəzləyir?

Qərb Zelenskini başqası ilə əvəzləyir?
15 Apr 2025 12:10

“Fərqli Ukrayna” hərəkatının üzvü, Ali Radanın keçmiş deputatı Vladimir Oleynik diqqət çəkən açıqlamalar verib. O, Rusiya mediasına açıqlamasında bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrinin onu əvəzləməsinə hazırlaşır. Siyasətçi məhz bu səbəbdən şəxsi təhlükəsizlik zəmanəti tələb edir.


Oleynik qeyd edib ki, Zelenski belə bir əvəzlənməyə hazır olduğunu gizlətmir. Çünki o, təhlükəsizlik zəmanətlərindən danışanda, onları daim Qərbdən tələb edəndə, bunlar, ilk növbədə, Ukrayna üçün deyil, şəxsi təhlükəsizlik zəmanətləri kimi nəzərdə tutulub: "Onun Ukraynaya sonra nə olacağı heç vecinə də deyil."

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada