Qəhrəman tankçıdan ibrətamiz ADDIM

Qəhrəman tankçıdan ibrətamiz ADDIM
08:52
"Köhnə günlərdə Qlusk və ətraf bölgənin nasist işğalçılarından azad edilməsi münasibətilə keçirilən bayram yürüşü zamanı Sovet İttifaqının hər yerindən iştirakçıların ön sıralarda necə yürüş etdiyini xatırlayıram. Onların arasında bəzən xəz papaq geyinmiş bir kişi olurdu. Bu, əslən azərbaycanlı olan Nəcəfqulu Rəcəbalı oğlu Rəfiyev idi. Bu cəsur adam bölgəmizin azad edilməsi ilə yanaşı alman faşizmə qorxu salan bir tank komandiri olaraq daima qəlbimizdə yaşayacaq"
Bu yazı Mogilyov vilayətinin Qlusk rayon qəzetində dərc edilib
Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. Naxçıvanda deyirlər ki, onun babası Rəfi çox güclü bir kişi idi. O, bir dananı çiyinlərində çayın o biri tərəfinə daşıya bilirdi.
Tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində xidmət edib.
"Tankist Nəcəfqulu Rəfiyev 26 iyun 1941-ci ildə, ilk döyüşdə, onun tank heyətləri iki alman tankını və altı topu sıradan çıxardı və 50-dən çox nasisti öldürd" - bu barədə SSRİ müdafiə nazirliyinin məlumatında qeyd edilir.
Donetsk vilayəti ərazisində baş verən şiddətli döyüşlər zamanı: tankı ağır zərbə alır, özü yaralanır. Buna baxmayaraq, xəstəxanaya getməkdən imtina edir, ekipajı ilə tankı təmir edib döyüşə qayıdır.
Rostov vilayətində, Matveyev Kurqan kəndi yaxınlığında Nəcəfqulu Rəfiyev yenidən yaralandı, lakin o, yenidən döyüş meydanında qaldı. Onun heyətində qəhrəmancasına vuruşaraq düşmənin bir tankını, iki tank əleyhinə topu, bir minaatanı və təxminən 35 düşmən əsgərini məhv etdi.
Qafqaz döyüşü və sonrakı Cənub Cəbhəsindəki döyüşlər zamanı Rəfiyevin adı Moskvaya gedən məktublarda qorxmaz və bacarıqlı tank komandiri kimi qeyd edilirdi..
O, xüsusilə 1944-cü ildə Belarusun azad edilməsi zamanı fərqlənmişdir. Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir.
Nəcəfqulu Rəfiyev “Baqration” əməliyyatı zamanı Onun vzvodunun tankçıları Bobruysk ətrafında döyüşdə Ptiç çayını nəzarətə götürüb, Bobruysk - Qlusk şosesini tutaraq düşmənin geri çəkilmək yolunu kəsiblər. Daha sonra bu tank vzvodu düşməni qova-qova Qoretski rayonundakı Lenino yaşayış məntəqəsinə, oradan da Baranoviçiyə daxil olub. Beləliklə yüzlərlə insanın həyatı xilas edilib.
Nəcəfqulu Rəfiyev tank komandiri olsa da, Ptiç çayı döyüşündə tankı bataqlığa ilişəndə, o özü tankdan çıxıb alman atəşi altında suya girərək tankın tırtıllarının altındakı palçığı təmizləyib — tankı yenidən hərəkətə gətirib və hücumu davam etdirib.
Deyilənə görə döyüş zamanı tankı ağır zədə alır və hərəkətsiz qalır. O, ekipajı xilas edir və tankın almanların əlinə keçməməsi üçün tankın partladılması əmri verir.
Bir məlumata görə də , 3 saata yaxın tək əlilə tankı idarə edib, döyüşü bitirəndən sonra huşunu itirmiş şəkildə çıxarılıb.
Çox az adam bilir ki, müharibədən sonra azad edilən Belarusiyada ehtiyaclı insanlara maddi yardım edirmiş. O, ailələrə pul, geyim və ərzaq göndərirdi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Onun adını Ordubadda, Bakıda, Naxçıvanda, Minskdə, Baranoviçi şəhərlərində küçələr daşıyır.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada