Qazaxıstan Ermənistana ayda 20 min tona qədər buğda tədarük etməyə hazırdır
News365.az xəbər verir ki, fransızdilli erməni saytı “armenews.com”a istinadən, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi ölkənin buğdasını sabit şəkildə Ermənistana tədarük etmək imkanlarını araşdırır.
Nazirliyin törəmə qurumu olan Ərzaq Korporasiyası bildirib ki, gələcəkdə buğda tədarükü artırıla bilər və hazırda İrəvana taxıl tədarükü üzrə danışıqlar aparılır.
Qeyd edək ki, ötən həftə Qazaxıstan Ermənistan tarixində ilk dəfə olaraq 1000 ton buğda daşıyan 15 vaqonlu qatar göndərib. Qatar Rusiya, Azərbaycan və Gürcüstan üzərindən ölkəyə çatdırılıb.
News365.az