ATƏT nümayəndəsi Gürcüstanda 4 oktyabr hadisələrini pisləyib.
News365.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının nümayəndəsi Luis Qraça oktyabrın 4-də baş vermiş uğursuz dövlət çevrilişinə cəhd və prezident iqamətgahına edilən basqını pisləyən ilk beynəlxalq nümayəndə olub.
Bəyanat ATƏT Parlament Assambleyasının mətbuat xidməti tərəfindən yayımlanıb. Qraça yerli seçkilər zamanı və ondan sonrakı hadisələrdən, həmçinin hökuməti devirməyə yönəlmiş cəhdlərdən narahatlığını ifadə edib.
Gürcüstan hakimiyyəti bu qiymətləndirməni ilk müsbət beynəlxalq siqnal kimi qəbul edir və digər reaksiyaları gözləyir.