Qaradağda narkotik satan 65 yaşlı kişi saxlanıldı

Qaradağda narkotik satan 65 yaşlı kişi saxlanıldı
30 Apr 2025 19:45

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb.


News365.az DİN-ə istinadən xəbər verir ki, onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.


O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.


Sizin reklam burada
Sizin reklam burada