Rusiyada maraqlı hadisə baş verib. Bir qrup qaraçı Pasxa bayramından sonra qəbiristanlıqda qalan yeməkləri oğurlayarkən insident yaşanıb. Onlar Zelenokumskdan olan polis əməkdaşlarına hücum ediblər. Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb. Kanal mənbələrə istinad edib.
"Aprelin 28-də Zelenokumskda sərxoşlar məclis qurublar. Kişi və qadınlardan ibarət kütlə qəbirlərin üzərində olan Pasxa ərzaq və yeməklərini götürərək stol açıb və ziyafət təşkil ediblər. Polis onlara müraciət edərək sakitliyə riayət etmələrini tələb edib və əks təqdirdə cərimələnəcklərini deyib. Qaraçılar dava salaraq polisə hücum ediblər. Polis qəzəbli kütləni sakitləşdirmək üçün əraziyə əlavə qüvvələr çağırmalı olub",- nəşr yazıb.
Tural