Qarabağın tarixi-mədəni irsinə həsr olunan seminar keçirilib -FOTOLAR

Qarabağın tarixi-mədəni irsinə həsr olunan seminar keçirilib -FOTOLAR
24 Noy 2026 16:00

24 noyabr 2026-cı il tarixində Azərbaycan Rəssamlıq Akademiyasında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Kimliyimizi yaşadan dəyərlər – milli kimliyin və mədəni irsin gənclər arasında təbliği” layihəsi çərçivəsində ilk seminar keçirilib.

News365.az xəbər verir ki, layihənin əsas məqsədi gənclər arasında milli kimlik şüurunun gücləndirilməsi, Azərbaycanın zəngin tarixi-mədəni irsinin və milli-mənəvi dəyərlərinin tanıdılması, onların qorunması və gələcək nəsillərə ötürülməsinin təşviq edilməsidir.

Seminarın ilk günündə Azərbaycan Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov “Qarabağın tarixi-mədəni irsi və memarlıq abidələri” mövzusunda təlimlə çıxış edib. Məruzə zamanı Qarabağın zəngin memarlıq irsi, tarixi abidələrin formalaşma xüsusiyyətləri, onların milli mədəniyyətimizdə yeri və əhəmiyyəti haqqında ətraflı məlumat verilib.Təlim çərçivəsində gənclərin diqqətinə tarixi-mədəni abidələrin yalnız memarlıq nümunəsi deyil, həm də xalqımızın tarixi yaddaşını, milli kimliyini və mədəni ənənələrini yaşadan mühüm irs olduğu çatdırılıb. Abidələrin öyrənilməsi, qorunması və gələcək nəsillərə olduğu kimi ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.Layihənin rəhbəri Aysel Quluzadə çıxışında milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin, tarixi irsimizə bağlılığın gücləndirilməsinin və mədəni yaddaşın qorunmasının əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, “Kimliyimizi yaşadan dəyərlər” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 24–25 noyabr 2026-cı il tarixlərində Azərbaycan Rəssamlıq Akademiyasında həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada