Əli Əsədov müşavirə keçirdi - Yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verdi

Əli Əsədov müşavirə keçirdi - Yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verdi
17:23

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon icra hakimiyyəti orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Bu barədə News.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müşavirədə martın 26-28-də ölkə ərazisində leysan yağışları və sel sularının daha çox ziyan vurduğu şəhər və rayonlarda yaranmış vəziyyət və nəticələrin aradan qaldırılması məsələləri müzakirə edilib. Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.


Sizin reklam burada
Sizin reklam burada