Qaniçən hərbi canilər indi də bir-birinə hücum edirlər

Qaniçən hərbi canilər indi də bir-birinə hücum edirlər
13:00

Əli minlərlə azərbaycanlının qanına batmış hərbi canilər, Qarabağ klanının rəhbərləri Robert Koçaryanla Serj Sarkisyan arasında olan soyuq münasibətlər erməni cəmiyyətini narahat edir. Koçaryan verdiyi müsahibədə bu mövzuya da toxunub. Ermənistan Respublikasının ikinci prezidenti üçüncü prezident Serj Sarkisyanla münasibətlərində yaranan soyuqluğa don geyindirməyə çalışıb.

“Kitabımın son səhifələrində 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyinə, eləcə də Sarkisyanla münasibətimə reaksiya vermişəm. Bəli, bölünmüşdük, fikir ayrılıqları var idi. Bir sıra addımlarla razı deyiləm", - o qeyd edib. 

Koçaryan onu da vurğulayıb ki, "hər şeyi birlikdə edirik kimi təəssürat yaratmamaq üçün mən müəyyən müsahibələr verməyə başladım". Yəni belə bir təsəvvür olmasın ki, onlar son siyasi proseslərdə birlikdədirlər.


Serj Sarkisyan hakimiyyəti Nikol Paşinyana asan şəkildə ötürməkdə ittiham olunur. Jurnalistlər deyiblər ki, "əgər belə bir ittiham varsa, o zaman sizi də ittiham etsinlər ki, 2008-ci ildə Serj Sarkisyan sizin sayənizdə, sizdən ötrü hakimiyyətə gəlib". Hərbi cani Koçaryan isə “Mənim başqa namizədim yox idi” cavabını verib. 

O xatırladıb ki, o zaman mətbuatda Vardan Oskanyanın (Keçmiş xarici işlər naziri-red.) da namizədliyi müzakirə edilirdi: "Amma bu mənim namizədlik ideyam deyildi. Sizə öz motivasiyamı deyəcəyəm. O zaman mən belə hesab edirdim ki, Ermənistan üçün əsas məsələ təhlükəsizlikdir. Qarabağ məsələsi var idi, təhlükəsizlik məsələləri də ortada idi və mən belə hesab edirdim ki, yalnız bu məsələləri tam dərk edə bilən şəxs prezident seçilməlidir. Serj Sarkisyan isə uzun illər Müdafiə və Təhlükəsizlik Nazirliklərində işləyib və Qarabağ müharibəsində iştirak təcrübəsi var. Rasional seçim baxımından bu, düzgün qərar idi. Amma mən heç vaxt düşünməmişəm və ağlıma da gəlməzdi ki, gələcəkdə belə  şeylər (Paşinyanın hakimiyyətə gəkməsi və Qarabağın əldən çıxmasını nəzərdə tutur-red.) ola bilər".

Tural


Sizin reklam burada
Sizin reklam burada