Ermənistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Kriminal fotomüxbir Qaqik Şamşiyanın sosial şəbəkə hesabında yaydığı məlumata görə, insident bu gün, mayın 19-da Kotayk rayonunda baş verib.
"Saat 08:40 radələrində Abovyan-Nor Açın avtomobil yolunda, məşhur Abovyan körpüsünün yaxınlığında "Opel Combo" və "Opel Astra" markalı avtomobillər toqquşublar. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Abovyan tibb mərkəzinə çatdırılıb", - oq eyd edib. Fotomüxbirin sözlərinə görə, yaralılardan ikisi Ermənistan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.
Tural