“Mənzil fondunun genişləndirilməsi yerli istehsalçıların fəallığını artırır”.
News365.az xəbər verir ki, bu fikri “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov səsləndirib.
Onun sözlərinə görə, mənzil fondunun genişləndirilməsi tikinti sahəsinin inkişafına təkan verir, eləcə də yerli istehsalçıların və təchizatçıların bu prosesə daha fəal şəkildə cəlb olunmasına imkan yaradır. Bu, eyni zamanda biznes subyektlərinin innovativ texnologiyalara çıxışını təmin edir və tikinti sektorunda rəqabəti gücləndirir.
Orxan Məmmədov çıxışında sahənin inkişafında rəqəmsallaşmanın da mühüm rol oynadığını qeyd edib:
“Rəqəmsal sistemlərin və məlumat bazalarının tətbiqi sahədə şəffaflığı artırır, mənzil idarəçiliyində müasir texnologiyaların istifadəsini mümkün edir”.