Bütün Çin bu cütlükdən danışır - FOTOLAR

Bütün Çin bu cütlükdən danışır - FOTOLAR
13:20

Çində boyu 1,68 metr olan kişi iki ildir ki, özündən 50 sm uzun olan qadınla görüşür. Bu səbəbdən o, ətrafında olan hər kəsin tənqidi ilə üzləşir. İnsanlar ona boy fərqinə görə cütlüyün bir-birinə uyğun gəlmədiyini söyləyir. Bu barədə “South China Morning Post” məlumat yayıb.


Məqalə müəllifi yazıb ki, o, qadınla təxminən üç il əvvəl onlayn tanış olub. Kişi boy fərqinin onların bir-birinə yaxınlaşmasına mane olmadığını qeyd edib. Onların münasibətləri tez bir zamanda dostluqdan romantikaya çevrilib. Kişinin yaxınları bundan xəbər tutanda digərləri ilə həmrəy olublar, eyni səbəbdən bu izdivacı bəyənməyiblər. Bununla belə, ailə oğullarının seçimi ilə barışmalı olub.

2025-ci ilin əvvəlində isə cütlük sosial şəbəkədə uşaq gözlədiklərini açıqlayıblar. Bu, yenidən ictimai narazılıq dalğasına səbəb olub. Lakin gənclər onlara nifrət edənlərin şərhlərinə reaksiya vermirlər. Qəribə cütlük iki il əvvəl olduğu kimi, boy fərqinin onların həyatdan və bir-birindən zövq almasına mane olmadığını iddia etməkdə davam edirlər.

Tural


Sizin reklam burada
Sizin reklam burada