Əlilliyi Olan Qadınların Hüquqları Xaçmazda Müzakirə Olundu – Seminar Təşkil Olundu

Əlilliyi Olan Qadınların Hüquqları Xaçmazda Müzakirə Olundu – Seminar Təşkil Olundu
17:55

Baş səhifəSosial“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi növbəti seminarını Xaçmaz rayonunda təşkil etdi

Sosial

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi növbəti seminarını Xaçmaz rayonunda təşkil etdi

Müəllif: Aynur Camal16 May 2025, 20:110

PAYLAŞIN0




“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.

News365.az xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən əlilliyi olan qadın və qızlara, o cümlədən onların əhatəsində olan icma üzvülərinə növbəti bir günlük seminar baş tutub.

Tədbirdə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi sədri Məhluqə xanım Rəhimova seminarın məqsədi, layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verib. Seminar Xaçmaz rayonunda açıq havada təşkil olunub. Seminar iştirakçılarına tərəfdaş olaraq SENİ Şirkəti tərəfindən hədiyyələr təqdim edilib.

SEMİNARIN MƏQSƏDİ:

Əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etməkdir.

Seminar gün ərzində layihə üzrə təlimçi İradə Rizazadə tərəfindən həyata keçirilib. Eyni zamanda onlar arasında pozitivliyin yaranması, həyata baxışların dəyişməsi üçün əlavə könüllülər də cəlb olunub. Əlilliyi olan qadın və qızların sahibkarlıq istiqamətində maraqlı olmaları seminarda daha çox fəallıq yaradıb. Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verilib. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirilib. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər vacibliyi, həlli yolları haqqında müzakirələr aparılıb. Əlilliyi olan qadınların və qızların cəmiyyətdə, ailədə, ifrastruktur çətinliklərində yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışılıb. Onların hüquqlarının təmini, bu sahədə dəstəyin verilməsinin önəmi vurğulanıb.

Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.


Sizin reklam burada
Sizin reklam burada