2009-cu ildə yoxa çıxan ukraynalı alim Anatoli Novikova aid olduğu güman edilən qalıqlar Buryatiyanın Novıy Enxaluk kəndi yaxınlığındakı meşədə aşkarlanıb. Bu barədə “Baza” məlumat yayıb.
Vinnitsadan olan texnika elmləri doktoru Buryatiyaya plazma emissiya elektronikası üzrə beynəlxalq seminara gəlibmiş. Mətbuatda yayılan məlumatlara görə, onun tədbirə rəsmi dəvəti olmayıb və o, iştirakçılar siyahısında da olmayıb. Sonuncu dəfə onu Enaxaluk turizm bazasından gəzintiyə çıxanda görüblər.
Daha sonra genişmiqyaslı axtarışlarda iştirak etmək üçün xilasedicilər, su polisi və kinoloqlar da prosesə cəlb olunmuşdu. Professorun qızı da Buryatiyaya gəlmişdi. Lakin ona aid bir iz tapılmadı. 2019-cu ildə axtarış rəsmi olaraq dayandırıldı.
2025-ci ilin yazında isə meşədə gəzən yerli sakin insan sümüklərini görüb və dəhşətli tapıntı barədə polisə məlumat verib. Cəsəd qalıqlarının yanından IMEI kodu Novikovun telefonunun məlumatlarına uyğun gələn mobil telefon da tapılıb. Yaxınlıqda diş protezləri və Ukrayna sikkələri də olub.
Tural