Polis iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib

Polis iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib
14:41

Niderland polisi PSV klubunun ölkə çempionluğunu qeyd etməsi zamanı yaranan iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib.

News365.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün Eyndhoven şəhərində baş verib.

Ölkə çempionatının XXXIV turunda "Sparta"ya (3:1) qalib gələn “qırmızı-ağlar” çempionluğunu rəsmiləşdirib. Azarkeşlər qarşılaşmanın ardından komandalarının uğurunu qeyd etməyə başlayıblar.

Lakin stadionda çoxlu insan izdihamı və başlayan iğtişaşlar səbəbindən futbolçuların olduğu avtobus hərəkət edə bilməyib. Bundan başqa, azarkeşlər polisə daş və fişənglər atıblar. İğtişaşlar zamanı 7 nəfər saxlanılıb.



Sizin reklam burada
Sizin reklam burada