Bakı və Tehran birgəhərbi təlimlərə başladı.
Mövzu ilə bağlı Hərbi ekspert Şair Ramaldanov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bu bir təlimdir. Təlim planlaşdırılarkən əvvəlcədən yer, iştirak edəcək tərkib, texnika, əlaqələrin qurulması və qərargahların fəaliyyəti kimi bütün məsələlər təlimin rəhbərləri tərəfindən müəyyən edilir. Hazırda da söhbət məhz bu görüşlə bağlı məsələlərdən gedir.
Düşünürəm ki, təlimin keçirilmə yeri və ümumilikdə onun təşkili ilə bağlı hər iki tərəfin təlim rəhbərləri arasında əvvəlcədən razılıq əldə olunub. Ola bilər ki, Azərbaycan üçün İranla birgə bu formatda təlimlərin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Hətta deyərdim ki, bu cür ərazilərdə təkcə hərbi deyil, mədəni, iqtisadi və siyasi xarakterli tədbirlərin keçirilməsi də vacibdir.
Bu baxımdan işğaldan azad olunmuş torpaqlarda keçirilən hər hansı təlim sadəcə təsadüfi bir hadisə deyil. Bu, əvvəlcədən planlaşdırılmış, məqsədli bir addımdır. Düşünürəm ki, təlimin rəhbərləri bu məsələyə xüsusi önəm verir və öz planlamalarında da bu bölgələrin seçilməsinə dair fikir bildirirlər."