Xəbər verdiyimiz kimi, Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Nəticədə mopeddə olan sərnişin 21 yaşlı Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
News365.az-ın məlumtına görə, Əşrəf Mirzəyev Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi imiş.
Qeyd olunur ki, onun bir neçə il bundan əvvəl atası da dünyasını dəyişib.
Ə.Mirzəyev universiteti bitirib, bu il əsgər gedəcəkdi.
***
Bakıda avtomobil mopedlə toqquşub.
News365.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.
Sadəddi Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobil hərəkətdə olarkən Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.
Nəticədə mopeddə olan sərnişin Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlərdən xəstəxanada ölüb.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.