"Paşinyanın arvadı kimə axmaq deməyib ki?" -Kazaryan

"Paşinyanın arvadı kimə axmaq deməyib ki?" -Kazaryan
12:15

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, siyasi fəal Edqar Kazaryan baş nazir Nikol Paşinyanın ailəsini təhqir edib. Buna səbəb Paşinyanın həyat yoldaşı Anna Akopyanın onu axmaq adlandırması olub. 

Siyasətçi jurnalistlərlə söhbətində Anna Akopyanın onu təhqir etməsinə belə cavab verib: “Bu mövzuda Anna Akopyana kim önəm verib ciddiyə alır?”. 

Jurnalistlər bu təhqirin onun əhvalına təsir edib-etmədiyini də soruşublar.

 "O, həmçinin "Artsax"ı (revanşist və radikal ermənilərin Qarabağa verdikləri qondarma ad-red.), Anjela Tovmasyanı və digər vətəndaşlarımızı da təhqir edib. Son vaxtlar həm o, həm də əri çox isterik, balanssız vəziyyətə düşüblər. Biz buna fikir verməməliyik", - deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, Kazaryan ötən il Facebook səhifəsində Paşinyanın həyat yoldaşı Anna Akopyanı alçaldan fikirlər səsləndirmişdi. 

Siyasətçi Paşinyan ailəsinin son fotolarından birini paylaşaraq yazıb: “Bütün klounlar insanları əyləndirməyə, onları gündəlik qayğılardan yayındırmağa, həyatlarını asanlaşdırmağa çalışırlar. Amma "bayker" sərxoş təlxək və onun "Baba Yaqa" arvadı kimi klounlar belə etmirlər.

Tural


Sizin reklam burada
Sizin reklam burada