Məzunların “Son zəng”də geyim tələbi: Qadağa varmı?

Məzunların “Son zəng”də geyim tələbi: Qadağa varmı?
15:24

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri zamanı məzunların geyim formalarına dair qadağa ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilib ki, məzunların “Son zəng” tədbirlərində yalnız məktəbli forması geyinmələri tələbi qoyulub.

News365.az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, təlimatda şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilib:

“Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir”.


Sizin reklam burada
Sizin reklam burada