QAİ bəyanat yaydı

QAİ bəyanat yaydı
17:07

İcma Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.

Bu barədə News365.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-cü il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib.

Etnik təmizləməyə məruz qalmış qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət edir və Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübut edir. Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edir.