Putin yayda danışıqları dəyişdirəcək güclü qələbə gözləyir -"CNN"

Putin yayda danışıqları dəyişdirəcək güclü qələbə gözləyir -"CNN"
15 Apr 2025 10:55

Rusiya prezidenti Vladimir Putin belə hesab edir ki, o, bu yay Ukrayna münaqişəsinin həlli üzrə danışıqların dinamikasını dəyişə biləcək xüsusi "qələbəyə” nail ola bilər. Bu barədə CNN yazıb.


Məqalə müəllifinin fikrincə, söhbət Ukrayna Silahlı Qüvvələrinin gücünü yeni istiqamətə cəlb etməkdən gedir. Bu, ukraynalıları Sumıya hərbi əməliyyatlara cəlb etməkdir. Eləcə də Zaporojye vilayətində irəliləyiş də bu məsələdə öz sözünü deyə bilər. Məqalədə qeyd olunub ki, Rusiya qələbəyə köklənib və münaqişəni sadəcə dondurmaqda maraqlı deyil. Çünki vəziyyət onun xeyrinə inkişaf edir.


Məqalədə həmçinin o da vurğulanıb ki, Rusiya prezidenti Trampın son nəticədə dişsiz olduğunu başa düşür. Ağ Ev rəhbəri onu  cəzalandırmayacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada