Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı yaxşı variantları azdır, çünki onlar cəbhə xəttində az irəliləyiş əldə edib və Qərb sanksiyaları Kremlin resurslarını tükədir.
News365.az xəbər verir ki, bunu Estoniya xarici kəşfiyyatının rəhbəri Kaupo Rozin deyib.
“Təcavüzkar ölkə tammiqyaslı müharibənin beşinci ilində daha çox əsgər itirir. Rusiyada ümumi səfərbərlik populyarlıq qazanmayacaq və daxili sabitliyi sarsıda bilər. Bütün bu amillərlə birlikdə Rusiyada bəzi insanlar, xüsusən də ən yüksək səviyyələrdə olan şəxslər ciddi bir problemlə üz-üzə olduqlarını anlayırlar. Putinin bu barədə nə düşündüyünü demək çətindir, amma mənə elə gəlir ki, bütün bu amillər onun qərar qəbuletmə prosesinə təsir göstərməyə başlayır.
Rusiyanın çox çətin maliyyə vəziyyətinin əsas səbəbi bu sektora qarşı tətbiq edilən sanksiyalardır. Bu sanksiyalar həqiqətən də ona ağır zərbə vurur, eləcə də Rusiya neftinin ixracına qoyulan məhdudiyyətlər ölkəyə çətinlik yaradır. Onlar hazırda çox çətin bir seçimlə üzləşirlər. Bu vəziyyətdə onların hansı qərarı verəcəyini proqnozlaşdırmaq çətindir. Mənim təklifim budur: gəlin sanksiyalarla davam edək. İndi tərəddüd etməyin vaxtı deyil, sadəcə davam edək”, - o bildirib.